"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Komissya sədri: “Belə sədr istefa versə yaxşıdır”

--2019-01-22 / 17:32

Mingəçevir bələdiyyəsinin komisiyya sədri Zahid Qasımlı bələdiyyə qulluqçularına əməkhaqqı ödənişiylə bağlı maraq doğuran açıqlama ilə çıxış edib:

Açıqlamada deyilir:

“Həmin sədrlərin idarəetmə qabiliyyəyi aşağı səviyyədədir. Rəhbər ilk növbədə kadrları düzgün seçməyi bacarmalıdır. Fəaliyyət proqramı işlənilməlidir. Aylıq iş planları tutulmalıdır. Vergi sidtemi gücləndirilməlidir. Sədr bilməlidir ki, işləri görmək üçün neçə işçiyə ehtiyac var. Artıq ştatlar saxlanılmamalıdır. əgər işçi müqaviləyə uyğun olaraq, öhdəsinə düşən vəzifəni yerinə yetirirsə, vaxtında əmək haqqısını almalıdır.

Nahaq yerə demirlər, işçinin alın təri qurumamış, haqqı ödənilməlidir. Bunları bacarmayan sədr istefa versə, yaxşıdır.”

Belediyye.info

ŞƏRHLƏR